"Əslində, güclü biri deyiləm"

"Əslində, güclü biri deyiləm"
5802 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir həftə əvvəl ikinci dəfə ana olan aparıcı Esra Erol sosial şəbəkədə yaşadığı çətinliklərdən bəhs edib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, yeni doğulan oğlu ilə fotosunu paylaşan aparıcı yazıb:

“Möcüzənin baş verdiyi anlarda yaşanan hissləri təsvir etmək asan deyil… Nə yollardan keçdim, necə çətinliklərdən çıxdım. Qəhərlənsəm belə, yaşadığım kədəri büruzə vermədim. Ətrafımdakıları kədərləndirməməyə çalışdım. Əslində, düşünüldüyü kimi güclü deyiləm. Bir yanım həmişə küskündür. Ancaq səbr etdim və hər zaman olduğu kimi yaradana sığındım. Öməri qucağıma aldım, çox şükür. Övladlarım Allahın əmanətidir. Hamını sevgilərlə salamlayıram”.