"O qızdan bir səs çıxdı ki, qiyamət qopdu" - video

"O qızdan bir səs çıxdı ki, qiyamət qopdu" - video
4450 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl təqdim olunan "Altın Kelebek" mükafatlandırma gecəsində Ebru Gündeş "ən yaxşı fantezi qadın ifaçısı" seçilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənniyə mükafatı Emel Sayın təqdim edib. O, Gündeşin səhnəyə addım atdığı ilk illər haqda danışıb:

"19 "Altın Kelebek" almışam. Çox qürurluyam. Amma Ebrunun yeri məndə başqadır. 1992-ci ildə Şener Şenle "Muhabbet 92" muziklı ilə turnedə idik. Dedilər, "bir qız var, səsi çox gözəldir, bizimlə gəlsin". Ebru gəldi, baxdım balaca, çox zəif bir qızdır. Amma o qızdan bir səs çıxdı ki, qiyamət qopdu. Dedim, bir ulduz doğulur".

Ebru da "bugünkü səhnə həyatımda, buraya qədər gəlməyimdə çox əməyiniz var, haqqınızı halal edin" deyərək ustad ifaçıya təşəkkür edib.