"Atam deyir ki, bilsəydim, sənə atamın adını qoymazdım"

"Atam deyir ki, bilsəydim, sənə atamın adını qoymazdım"
4381 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, prodüser şou-biznes nümayəndələrini sərt tənqid edib:

"Şou-biznesdə elə insanlar var ki, məndən narazıdırlar, bəzilərini də mən sevmirəm. Elələri var ki, təsadüfən şou-biznesə gəliblər. Elə bil yolu azıb, düşüblər şou-biznesə. Mən də belələrini qınayıram”.

Tolik ailə qurmama səbəbini açıqlayıb:

"Bəziləri kimi reklam xətrinə ailə qurmaq istəmirəm. El gözünə görə bu addımı atmaq istəmirəm. Ailə qursam, bir gün xəbəriniz olacaq ki, 1 övladım var. Ailə qurduğumu heç kim bilməyəcək. Məni belə qəbul eləsinlər".

Prodüser məhkəməlik olduğu Natavan Həbibi ilə necə barışdığından da bəhs edib:

"Mən üzr istəməyi bacarıram, amma baxır kimdən. Əgər o üzrü "Tolik məndən qorxdu" deyə qəbul edərsə, o adamdan heç vaxt üzr istəmərəm. Məsələn, bu gün mən Natavan Həbibi ilə barışmışam. Qərib bir ölkədə barışdıq. İndi də bir yerdə otururuq, görüşürük, o səmimiliyi hiss edirəm. Natavanın anası ilə qarşılaşsam, üzr istəyəcəyəm. Deyəcəyəm ki, sənə böyük stres yaşatdığım üçün bağışla. Bu normal bir şeydir, əksiklik, yaxud qorxaqlıq deyil".

Prodüser öz adının fərqliliyindən danışıb:

"Atam həmişə zarafatla deyir ki, bilsəydim, sənə atamın adını qoymazdım. Adım şou-biznesdə fərqlidir. Ona görə də tarixdə qalacağam".