25 gün sevgili olub evləndilər, 18 ay sonra boşandılar - fotolar

25 gün sevgili olub evləndilər, 18 ay sonra boşandılar - fotolar
4358 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Öykü Çelik 10 gün əvvəl iş adamı həyat yoldaşı Ahmet Murat Çakandan gizlicə boşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar 15 ay evli qalıblar. Cütlük qarşılıqlı razılığa gələrək Bursa Ədliyyəsi Ailə Məhkəməsinə heç kimə xəbər vermədən gediblər.

Hakim Ö.Çelik və M.Çakanın birinci ərizəsindən onların boşanmasına qərar verib.

Qeyd edək ki, ikili film çəkilişlərində tanış olmuşdular. 25 gün sevgili olduqdan sonra hər kəsi təəccübləndirərək evlənmişdilər. Bursada yaşayan Öykü bu il "Poyraz Karayel" serialında çəkildiyi üçün İstanbula gəlməkdə çətinlik çəkirdi. Boşandıqdan sonra o, artıq İstanbula köçüb.