Təranə sərxoş olduğunu etiraf etdi - video

Təranə sərxoş olduğunu etiraf etdi -  video
5630 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün öncə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə saxlanılan prodüser Təranə Səmədova öz səhvini etiraf edib.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, "Deməsək olmaz" verilişinə qonaq olan prodüser bildirib ki, saxlanılan zaman sərxoş imiş: 
 
"Etiraf etmək istəyrəm ki, bəli, spirtli içki qəbul etmişdim və "Ayıq sürücü" xidməti çağırmalıydım. Baş verənlərə görə, bir tək günahkar var, o da mənəm. Özü yıxılan, ağlamaz. Belə aqressiv münasibətin o həddə gəlib çatmağı da öz günahımdır. Saxlanılan zaman özümdə qəribə aqressiya yarandı. Görünür ki, bu da spirtli içkinin təsirindən imiş. Bu aqressiya polislərə qarşı deyildi. İnsan öz səhvini dərk eləyəndə, başlayır belə aqressiyalı olmağa. Tanınmış olduğuma görə, bu məsələ respublika səviyyəsində müzakirə olundu. Məndən öncə də bir qadın bu cür saxlanılmışdı. Xanım olduğum üçün qanun çərçivəsində mənə hörmət etdilər. Məhkəmə səviyyəsində yüksək cərimə ödədim. Avtomobilim isə cərimə meydançasından buraxılıb".

Xatırladaq ki, T.Səmədovanı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində saxlamışdı. Hadisə zamanı prodüserin köməyinə gələn meyxanaçı Pərviz Bülbülənin də maşını meydançasına aparılmışdı. Prodüserdən fərqli olaraq meyxanaçı öz avtomobilini sənədsiz idarə edirmiş.