Əfsanəvi qrupun üzvü vəfat etdi

Əfsanəvi qrupun üzvü vəfat etdi
1044 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur "Earth, Wind and Fire" qrupunun yaradıcısı Moris Uayt dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 75 yaşlı müğənni son illər parkinson xəstəliyindən əziyyət çəkirmiş. O, artıq 20 ildir ki, bu səbəbdən bütün konsertlərini təxirə salıb.

Qeyd edək ki, həyatının son dövrünü Los-Ancelesdə yaşayan M.Uayt "Earth, Wind and Fire" qrupunu 1969-cu ildə yaradıb. Qrup "September", "Boogie Wonderland", "Easy lover", "Fantasy" kimi mahnıları ilə məşhurdur.