İnstaqramda tanış oldular, ilk görüşdə evləndilər - video

İnstaqramda tanış oldular, ilk görüşdə evləndilər - video
3143 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir il əvvəl sosial mediada tanış olan Erika və Artenin hekayəsi medianın diqqətini çəkib.

Axşam.az-ın məlumatına görə, ABŞ-ın Kaliforniya ştatında yaşayan 3 uşaq anası Erika Harris və Nyu-Yorkdan olan Arte Vann bir il əvvəl İnstaqramda bir-birlərinin fotolarını bəyənməyə başlayıblar. Əvvəl yazışaraq münasibət quran tərəflər daha sonra video görüntü vasitəsi ilə saatlarca danışmağa başlayıblar.

Heç görüşmədən aylarca əlaqə saxlayan cütlük qərara gəliblər ki, görüşsünlər. Arte Kaliforniyaya gəlib və hava limanında Erika ilə görüşüb. Elə ilk görüşdəcə oğlan diz çökərək qıza evlilik təklifi edib.

E.Harris təklif barədə fikrini bildirib.

"Onu ilk görəndə özümə "bu adamı nə qədər də çox istəyirəm" dedim".

Bir-birlərini tanımamışdan qabaq evliliyə soyuq baxdıqlarını deyən cütlük tələsmədən elə hava limanında nikahlarını kəsdiriblər.