Ev şəraitində türk paxlavası - "Günün menyusu"

Ev şəraitində türk paxlavası -  "Günün menyusu"
6701 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Günün menyusu"nu təqdim edir:

Ev şəraitində türk paxlavası

Ərzaq:

Xəmir üçün:
Süd - 1 stəkan
Yumurta - 2 ədəd
Yağ - 150 qr.
Maya - 20 qr.
Un apardığı qədər

İçi üçün:
Qoz - 300 qr.
Yağ - 600 qr.

Şərbət üçün:
Şəkər tozu - 0,5 kq.
Su - 1 stəkan

Hazırlanması:
Süd, yumurta,yağ, maya və undan ibarət xəmiri hazırlayıb, acımağa qoyun. Xəmir hazır olduqdan sonra kündələr (qozdan bir az böyük) hazırlayın. 7 kündə götürüb, onları balaca açın, aralarına çoxlu nişasta səpib, üst-üstə qoyun. Oxlov vasitəsilə üst-üstə yığdığınız yuxaları açın. Tavanı yağlayıb, açdığınız yuxaları, bir-bir tavaya düzüb, aralarını yağlayın. Sonra üzərinə çəkilmiş qoz töküb, yenə 7 kündəni eyni qaydada açıb, üzərinə düzün. Kvadrat şəkildə doğrayıb, sobaya qoyun. Bişənə yaxın üzərinə hazırladığınız şərbəti əlavə edib, 8 dəqiqə sobada saxlayıb, götürün.    

«Yaşıl dəniz» salatı

Ərzaq:
Konservləşdirilmiş qarğıdalı - 1 banka
Krab çubukları - 200 qram
Yumurta - 2 ədəd
Pendir - 50 qram
Mayonez - 200 qram
Düyü - 1 stəkan
Yaşıl soğan - 2 dəstə
Duz, istiot zövqə görə

Hazırlanması:
Krab çubuklarını, soğanı, suda bişmiş yumurtanı xırda doğrayın. Üzərinə rəndələnmiş pendiri, qarğıdalını, bişmiş düyünü, duz, istiot və mayonezi əlavə edib qarışdırın. Duz istiot zövqə görə vurulur.

Heyvalı ət qovurması

Ərzaq:
Qoyun əti - 500 qram
Heyva - 400 qram
Doğranmış soğan - 2 ədəd
Quyruq - 50 qram
Ağ şərab - 1,5 stəkan
Göyərti, istiot və duz zövqə görə

Hazırlanması:
Əti xırda doğrayıb, bişirin. Üzərinə çəkilmiş quyruğu və xırda doğranmış soğanı əlavə edib, duz, istiot səpib, qızardın. Heyvaları təmizləyib, uzunsov doğrayın və ətin üstünə əlavə edin. Ağ şərab və bir az su əlavə edib, 50 dəqiqə vam odda saxlayın. Süfrəyə verərkən üzərinə doğranmış göyərti əlavə edin.