"Konsertlərimdən pul qazana bilirəm"

"Konsertlərimdən pul qazana bilirəm"
1458 dəfə oxunub
  • A-
  • A
  • A+
Reper Qurd hər zaman çalışdığı şirkətlə yollarını ayırıb.

Bu haqda Axşam.az-a açıqlamasında reper özü deyib:

“Müqavilə ilə işləmək heç bir sənət adamına sərf etmir. Amma bizim şou-biznesdə sərmayəsiz çalışmaq çətindir. Sponsorla çalışarkən şərt qoyulur: ya 50/50-yə, ya da 70/30-a olur. Müğənni konsertdən və digər yerdən əldə etdiyi qonorarla sponsorun qoyduğu pulu artıqlaması ilə qaytarır”.

Qurd reperlərin gəlirlərindən bəhs edib:

“Azərbaycanda reperlərin gəlirləri yoxdur. Məndə bir az fərqlidir. Pərəstişkarlarım çox olduğu üçün el şənliklərindən, toylardan, partilərdən pul qazana bilirəm. Hətta solo konsertlərimdən də gəlir götürürəm”.