İlkindən Yusif Ağayevlə bağlı etiraf
ATV-nin aparıcısı İlkin Həsəni həmkarı Yusif Ağayevlə bağlı etiraf edib.
Axşam.az-ın məlumatına görə, o, “10-dan sonra” verilişində Y.Ağayevin sayəsində məşhurlaşdığını deyib:
“İlk dəfədir efirdə bu sözləri deyirəm. Mənim efirdə olmağımın, istedadımın üzə çıxmağının səbəbkarı Yusf Ağayevdir. 2001-ci ildə bu insan məni 106 FM radiosuna xəbər diktoru kimi qəbul edib. Aparıcı kimi formalaşmağımda onun köməyi danılmazdır. Efirdə aparıcılıq edəndə isə ilk mesaj yazan Yusif oldu".