Azərbaycanlı müğənni yeni biznesindən danışdı

Azərbaycanlı müğənni yeni biznesindən danışdı
4454 dəfə oxunub
  • A-
  • A
  • A+
“İmkan dairəsində özümə şərait yaradıram. Əgər çatdırıramsa, niyə də biznes qurmayım ki?”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rüfət Axundov deyib. O, yeni qurduğu restoran biznesindən danışıb:

“Bundan əvvəl də bizneslərim olub. Arasında restoran işi də var idi. Hazırda işim çox yaxşı gedir. Şikayətlənə bilmərəm”.

R.Axundov həmkarlarının toyların zəifləməsindən şikayətlənmələrinə də münasibət bildirib:

“18 ildir toy biznesindəyəm. Təcrübəmə əsaslanaraq deyim ki, qış aylarında toy zəif olur. Bunun devalvasiyaya heç bir aidiyyatı yoxdur. Hamı isti havada, meyvə-tərəvəzin bol olduğu mövsümdə toy etmək istəyir. Mənim toyların azlığından şikayətim yoxdur. Hər şeyimi toydan qazandıqlarımla əldə etmişəm”.