Sevgili olduqları deyilən məşhurlar şam yeməyində - fotolar

Sevgili olduqları deyilən məşhurlar şam yeməyində - fotolar
6281 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Keti Perri ilə aktyor Orlando Blumun sevgili olması xəbərləri təsdiqini tapıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük Hollivudda restorandan çıxarkən paparassilərin hədəfində olub. Birlikdə şam edən Keti ilə Orlando daha sonra aktyorun maşınında yola düşüblər.

Paparassiləri görən K.Perri saçları ilə üzünü gizlətməyə çalışıb.

Xatırladaq ki, Keti ilə Orlandonun sevgili olması xəbərləri hələ “Qızıl qlobus” mükafatlandırma” mərasimindən yayılıb. Mükafatlandırma gecəsində hər iki tanınmış bir an olsun belə, bir-birlərinin yanından ayrılmayıblar.