Sevgilisi müğənni haqda: "Ananız yaşda qadını..."

Sevgilisi müğənni haqda: "Ananız yaşda qadını..."
6334 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Candan Erçetin ilk dəfə 20 illik sevgilisi, “Eşkıya dünyaya hükümdar olmaz”ın aktyoru Hakan Karahanla görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük restorandan çıxarkən paparassilərin hədəfində olub. Candanla Hakan sonuncu dəfə 5 il əvvəl birlikdə görülmüşdülər. Onların hətta gizlicə evləndikləri də deyilir. H.Karahanla C.Erçetin kameraları görüncə nə edəcəklərini bilməyiblər.

Jurnalistləri görən müğənni sürətlə restorana geri qayıdıb. Hakan isə müxbirlərə “Xahiş edirəm, Candan xanımı çəkməyin. 52 yaşı var, ananız yaşda olan qadını narahat etməyin” deyib.