Polad Bülbüloğlu Rusiyada təltif edildi

Polad Bülbüloğlu Rusiyada təltif edildi
1034 dəfə oxunub
  • A-
  • A
  • A+
Polad Bülbüloğlu Rusiya XİN-in fəxri nişanı ilə təltif edilib. 

Axşam.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfə” fəxri nişanı ilə təltif edilib.

Diplomatik fəaliyyətinin 10 illiyi ilə əlaqədar səfir Polad Bülbüloğluna nişanı Rusiya xarici işlər naziri Sergey Lavrov təqdim edib.