Tamaşa zamanı səhnədən asılan aktyor öldü

Tamaşa zamanı səhnədən asılan aktyor öldü
11852 dəfə oxunub
  • A-
  • A
  • A+
Tamaşa zamanı səhnədə ipdən asılı vəziyyətdə qalan və bu səbəbdən boğulan 27 yaşlı italyan aktyor Rafael Şumaxerdən xəbər var.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ip boynuna dolanan aktyorun əvvəlcə tamaşa göstərdiyi zənn edilsə də, izləyicilərdən birinin sayıqlığı nəticəsində Rafaelin ölümlə mübarizə apardığı məlum olub. Dərhal səhnədən endirilən gənc aktyor xəstəxanaya yerləşdirilərkən koma vəziyyətində olub. Həkimlər isə bu gün R.Şumaxerin beyninin öldüyünü bildiriblər. Yaxınları aktyorun orqanlarının bağışlanması haqda razılıq da veriblər.

Qeyd edək ki, səhnədə asılı vəziyyətdə qalan Rafaelin intihar etməsi xəbərləri də yayılıb. Lakin ailə üzvləri onun belə bir iş tutması üçün heç bir əsas olmadığını, bunun, sadəcə tamaşa zamanı baş vermiş qəza olduğunu bildiriblər. Hazırda polis hadisənin təfərrüatlarını öyrənməyə çalışır.