Cavanşirdən Elnarəyə cavab: "Axı sən özün də ərə getmisən"

Cavanşirdən Elnarəyə  cavab:  "Axı sən özün də ərə getmisən"
7984 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov həmkarı Elnarə Abdullayevanın "Oğluma müğənni qız almaram" sözlərinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni "Bizimləsən" verilişində bunları deyib:

"Əgər bizim xanım müğənnilərimiz ailə qurub, övlad dünyaya gətiribsə, vətənə layiqli uşaq böyüdübsə, "Oğluma müğənni qız almaram" deməməlidir. Bu düzgün deyil. Olmaz belə. Axı sən özün də ailə qurub, ərə getmisən". 

Qeyd edək ki, E.Abdullayevanın "Oğluma müğənni qız almaram" sözləri şou-biznesdə qalmaqala səbəb olmuşdu. Bir çox ifaçılar bu ifadəsinə görə, onu qınamışdı.