"Vuransınız, yoxsa vurulan?" - müğənnilər arasında sorğu

"Vuransınız, yoxsa vurulan?" -  müğənnilər arasında sorğu
3628 dəfə oxunub
  • A-
  • A
  • A+

Sənət aləmində bir-biri ilə qalmaqal yaşayan ifaçılar az deyil. "Star life" verilişi tanınmışlar arasında sorğu apararaq, "Vuransınız, yoxsa vurulan" sualını ünvanlayıb.

Axşam.az ifaçıların cavablarını təqdim edir:

Rəqqasə Fatimə Fətəliyeva - Hər zaman vurulan olmuşam. Verilişə dəvət ediblər, sonra öyrənmişəm ki, əvvəlcədən məni vurmağı danışıb, planlaşdırıblar. Çıxıb böyük-böyük danışmışam ki, "Mən də öz daşımı atacam". İndi fikirləşirəm ki, düzgün etməmişəm.

Müğənni Roza Zərgərli - Sözüm ox kimi insanların ürəyinə batır. Mənimki kəsmək deyil, oxla vurmaqdı. Dəymə mənə, dəyməyim sənə. Büdrüyən oluram, amma yıxılan deyiləm. Elə tikanlarım var ki, ələ yox, ürəyə batır.

Müğənni Manaf Ağayev - Döyülən tərəfdən həmişə iştirak etmişəm. Səhvim olsa, vurulsam, etiraf edərəm. Amma vurulmaq mənə aid deyil.

Müğənni Tunar Rəhmanoğlu - Hansı vurulmaqdan danışırsınız? Dalaşmışam, amma adam döyən deyiləm.

Əməkdar artist Zaur Əmiraslanov - Vurmamışam da, vurlumamışam da. Mən hakiməm.

Müğənni Gülay Zeynallı - Mən elə şərait yaratmaram. Xanım öz sözü və hərəkəti ilə hər şeyi ifadə etməlidir.