Kartof küftəsi, Kakaolu keks - "Günün menyusu"

Kartof küftəsi, Kakaolu keks -  "Günün menyusu"
5273 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az "Günün menyusu"nu təqdim edir:

Kartof küftəsi

Ərzaqlar:
Kartof - yarım kiloqram
Tomat pastası - 1 x.q
Qatıq - 1 x.q.
1/2 dəstə cəfəri
Sarımsaq - 1 diş
Yağ - 2 x.q.
Duz, istiot və nanə qurusu

Hazırlanması:
Əvvəlcə katrofların qabığını soyub, yuyub, bir qaba töküb üzərinə su əlavə edib bişirin. Sonra əzib püre halına gətirin. Üzərinə xırda doğranmış cəfərini və duzu əlavə edib qarışdırın. Yumru kündələr edib, ortasından oyuq açın. Kənarda sarımsağı qatığa qatıb, kartofun üstünə tökün. Kənarda tavaya yağ, qırmızı bibər töküb, azca qovurun. Kartofun üstünə əlavə edib, nanə qurusu səpin.



Kakaolu sadə keks

Ərzaqlar:
Yumurta - 3 ədəd
Şəkər tozu - 1 st.
Yağ - 1 st.
Süd - 1 st.
1 qutu qapartma tozu
Un - 3 st.
Kakao - 2 x.q.

Hazırlanması:
Şəkər tozu və yumurtanı mikserlə yaxşıca qarışdırın. Südü, yağı, vanilini töküb qarışdırmağa davam edin. Sonda un və qabartma tozunu tökün. Qarışıqdan bir stəkan götürüb kənarda üzərinə kakao əlavə edib qarışdırın. Sadə xəmiri yağlanmış keks qabına tökün. Üzərinə kakaolu xəmiri əlavə edin. 180 dərəcə isidilmiş sobada bişirin.