Prodüserdən ifaçılarla bağlı qalmaqallı açıqlama

Prodüserdən ifaçılarla bağlı qalmaqallı  açıqlama
2540 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Asif Kərimov şou-biznes nümayəndələrini xəsis adlandırıb.

Axşam.az-ın məlumatına görə, o, "Star life" verilişinə açıqlamasında ifaçıları qınayıb:

"Özünə hörmət edən müğənnilərin arxasında ən az 8-10 nəfər musiqiçi dayanmalıdır. Bizimkilər xəsisdir. Hər birinə musiqi rəhbəri lazımdır. Efirə çağıranda hazır repertuarları olmalıdır. Türkiyəli müğənninin 20 musiqiçisi varsa, onu 18 nəfərlə Bakıya gətirə bizlməzsən. Bizimkilər efirə toy reperturı ilə gəlir. Ona görə də indiki mahnılar ya 6 ay, ya da 1 il yaşayır. Müğənni tamaşaçının musiqi səviyyəsinə enməməlidir. Yetişmiş musiqiçilərə dəstək olub, onları gənclərdən qorumalıyıq. Çünki gənc ifaçılara elə dəstək göstərirlər ki, insanları tanımırlar. Bu dəstəksə, musiqidən başqa hər şeydir. Bir müğənni məclisə girir, arxasınca 20 işçi. Onun 19-nu ləğv edib, yerinə musiqiçi götürün"..