Xalq artistinə görə üz-üzə gəldilər: "Paxıl insandır"

Xalq artistinə görə üz-üzə gəldilər: "Paxıl insandır"
6737 dəfə oxunub
  • A-
  • A
  • A+
“ATV Maqazin 10larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasının budəfəki qonaqları xalq artisti Flora Kərimova ilə müğənni Elton Hüseynəliyev olublar.

Axşam.az-ın məlumatına görə, hit rubrikanın onluğunu Elton seçib. O, 10-cu pilləyə layiq gördüyü həmkarı Günay İbrahimli haqda sözləri ilə diqqət çəkib:
 
“Bu qızı deyim, yoxsa bu xanımı deyim, bilmirəm indi hansına layiqdir, Günay İbrahimlini 10-cu yerdə görürəm. Çünki bu sənətçi xanım çox gəncdir. Hələ öz sözünü deməyib”.
 
Elton küsülü olduğu xalq artisti Aygün Kazımovanı isə 4-cü pilləyə layiq görüb. O, küsülü olsalar da, A.Kazımovanın sənətinə hörmət etdiyini deyib. E.Hüseynəliyev 3-cü yerə layiq gördüyü Natavan Həbibinin ünvanına təriflər söyləsə də, Flora Kərimova onunla münasibətinin yaxşı olmadığını bildirib:

“Düşünürəm ki, bizim münasibətimiz hamar deyil. Nəsə onunla aramızda isti münasibət olmasına soyuqluq gətirir. Mənimlə onun arasında böyük bir aysberq var.Onunla bir yerdə olanda insan kimi üşüyürəm, isinişə bilmirəm. Onda istiqanlılıq yoxdur”.

“Həftənin hit mahnısı” rubrikasının son iki pilləsini müəyyən edərkən isə F.Kərimova ilə E.Hüseynəliyev arasında fikir ayrılığı yaranıb.

Belə ki, Elton birinci yerə layiq gördüyü əməkdar artist Röya haqda “Biz onunla danışmırıq. Amma birinci yer Röyanındır. Bu, bir jest deyil. Biz heç vaxt onunla danışmayacağıq. Mən Brilliant xanımın ifasına ağlamamışam, amma Röyanın ifasına ağlamışam” deyib.

Xalq artisti isə “Mən Brilliant xanımı heç vaxt ikinci yerdə görə bilmərəm. O, yeni vokalın təməlini qoyan bir səsdir. Röya illərlə gündəmdə ola bilər, amma heç vaxt sənətkar ola bilməz. Röyanın naxışı onda gətirib ki, mahnıları yaxşı olub”, - deyə etirazını bildirib.

Əvəzində Eltonun cavabı təəccüblü olub:

“Brilliant xanım paxıl insandır. Bir insan paxıldırsa, mən onun sənətini qəbul etmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilməzsiniz”.