Mark Zukerberqdən Çin xalqına jest - video

Mark Zukerberqdən Çin xalqına jest - video
2821 dəfə oxunub
  • A-
  • A
  • A+
"Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq çin dilində video çarx hazırlayıb.

Axşam.az-ın "anspress"ə istinadən məlumatına görə, milyarder həyat yoldaşı Prisçilla Çan və 2 aylıq qızı Maks ilə bərabər çinlilərin Yeni ilini təbrik edib.

O, video çarxda qeyd edib ki, yeni doğulan qızına Çin adı da verib:
 
"Həyat yoldaşım və qızım Maksla Yeni ilinizi təbrik etməyə çox şadıq. Maks üçün bu Yeni il çox vacibdir. Bu il biz ona Çin adı da seçdik. Onun adı Çen Minyuydur. Çen – anasının soyadıdır. Minyuy isə - “kainat” və sabah” deməkdir. Bizim balaca ailəmiz adından sizə Yeni ildə cansağlığı və firavanlıq arzu edirik”.

Mark Yeni ili ailə dostları ilə birlikdə keçirəcəyini deyib. Çin təqviminə görə 8 fevral baharın gəlişi ilə Yeni ilə keçid olur. Çində “Facebook”a daxil olmaq qadağandır. Lakin Çin mətbuatı daimi olaraq Markın Çinə olan marağını gündəmdə saxlayır. Bir müddət əvvəl Mark Zukerberq ata olub.

O, bu xəbəri "Facebook"da paylaşıb:

“Prisçilla ilə qızımıza, “dünyaya xoş gəldin” dediyimiz üçün çox xoşbəxtik.”