Emredən Çağla ilə bağlı etiraf

Emredən Çağla ilə bağlı etiraf
10405 dəfə oxunub
  • A-
  • A
  • A+
Model-aparıcı həyat yoldaşı Çağla Şikeldən boşanan müğənni Emre Altuğ müsahibə verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar edib. Belə ki, Emre “Çağla ilə boşandıqdan sonra bir-birinizdən ayrılmırsınız. Bunun səbəbi nədir” sualını belə cavablandırıb:

“Çünki biz iki mədəni insan kimi ayrılmışıq. Çox çətinliklər gördük, amma heç kim hiss etmədi. Hər şey uşaqlarımız üçündür”. E.Altuğ Ç.Şikellə yenidən barışmaq ehtimalının olmadığını da deyib:

“Belə bir şey fikrimdə yoxdur. Mən Çağlanın həyatına qarışa bilmərəm. Sabah ikimizdən birimiz yenidən evlənə bilərik. Qabaqcadan danışmaq lazım deyil. Mənim isə ikinci dəfə evlənmək fikrim yoxdur. Çünki ən gözəl evliliyi Çağla ilə yaşadım”.