Elnur Hüseynov şayiələrə son qoydu - fotolar

Elnur Hüseynov şayiələrə son qoydu -  fotolar
9278 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov yeni planlarından danışıb.

Axşm.az-ın məlumatına görə, “1news.az”a müsahibə verən ifaçı yeni sinql üzərində çalışdığını bildirib:

“Bakıya tez-tez gəlirəm. Amma az qalıb, Türkiyəyə geri qayıdıram. Çünki müqavilə bağladığım “Europe Music” şirkəti məndən yenilik istəyir. Ona görə də bütün gücümü yeni sinqlımın hazırlıqlarına sərf edirəm. Eyni zamanda xeyriyyə layihəsində yer almışam. Dostlarla dünyanın bir çox yerlərini gəzmişik. Evsiz heyvanlar üçün sığınacaq düzəldəcəyik. “O səs Türkiyə”nin bütün iştirakçıları “Europe Music” şirkəti ilə müqavilə imzalamalıdır. Bunu etməsən yarışmada səhnəyə çıxmaq olmaz. Qalibin sonrakı layihələri ilə məhz bu şirkət məşğul olur. Avropada musiqi aləminə qatılmağa kömək edir. İndi İsfar Sarabski ilə birlikdə sinql üzərində çalışırıq”.

E.Hüseynov Türkiyəyə köçdüyünü bildirib:

“Mən Türkiyəyə hansısa bir layihəni gerçəkləşdirmək üçün yox, orada yaşamaq üçün getmişəm. “O səs Türkiyə” layihəsindən sonra “Eurovision”a qatıldım. Bütün günü səfərlərdə, studiyada, məşqlərdə oldum. Çox yorulmuşdum və istirahətə ehtiyacım var idi. Buna görə də bir müddətdir görünmürəm. Mən səbəbsiz yerə gündəmə gəlməyi sevmirəm. Efir adamı deyiləm. Səhnə üçün yaranmışam, çıxım oxuyum və qayıdım. Türkiyədə də boş oturmuram. Özümə kollektiv yığmışam. Türk mahnıları üzərində çalışmışam. Tamaşaçılar mənim çıxışlarımı gözləyir. Yaxın günlərdə Türkiyədə dostlarımla birlikdə səviyyəli məkanlarda çıxışlar dəcəm”.

E.Hüseynov türkiyəli ifaçı Ebru Gündeşlə münasibətlərindən də söz açıb:

“Onu çox istəyir və dəyərləndirirəm. Ebru səmimi, dürüst xanımdır. İndi də mənə dəstək olur. Onunla görüş taleyin mənə hədiyyəsidir. Xoşbəxtəm ki, onunla qarşılaşdım. Orada mən özüm oldum və qəbul edildim. Bir məşhur müğənni mənə dedi: "Səni təbrik edirəm. Türkiyəyə çox müğənnilər gəlir, amma qəbul olunmur. Sən qəbul edildin və sevildin”. Haqqımda sosial şəbəkələrdə küsməyimlə bağlı çox statuslar yazıblar. Heç birinə cavab verməmişəm. Əgər mən kimdənsə, nədənsə incisəydim, bu gün burada olmazdım”.