"Formula-1" 5 il Azərbaycanda keçiriləcək"

"Formula-1" 5 il Azərbaycanda keçiriləcək"
795 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
 
A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər:

"Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".