"Elə bilirlər ki, Günay mənə görə konsertdən imtina edib"

"Elə bilirlər ki, Günay mənə görə konsertdən imtina edib"
3975 dəfə oxunub
  • A-
  • A
  • A+
"Günayın Moskvadakı konsertə nə qədər ciddi hazırlaşdığını bilirdik. Hətta son vaxtlar məni çox qınadılar ki, dostsunuz, niyə səhnəyə çıxmaqdan imtina etdin? Elə bilirlər ki, Günay mənə görə konsertdən imtina edib".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Ceyhun Əliyev deyib. O, həmkarı Günay İbrahimlinin fevralın 14-də Moskvada reallaşan konsertdən imtina etməsində, onu günahlandırdıqlarını bildirib:

“Mən konserdən imtina edəndən sonra Günay bir dəfə olsun soruşmadı ki, niyə belə bir açıqlama verdin? Mənə təklifi edən təşkilatçı idi, sözümü də ona dedim. Günaya isə təmənnasız dəstək olmağa hazır idim. Mən danışanda, çoxu inanmadı, amma fakt budur ki, təşkilatçı vədinə əməl etmədi. Bəzi insanlar mənə zəng vurur ki, "Yəqin sən Günaya demisən, konsertdən imtina edib". Mən Günaya sadəcə uğurlar arzuladım. Günay bacarıqlı sənətçidir. Özü istəsə, konserti baş tuta bilər. Amma bunun vergisini və digər xərclərini düşünəndə, ən gözəli imtina etməkdir. Günay ağıllı adım atıb”.