"Bir güzgüyə bax, gör, nəyə oxşayırsan" - İlhamə Quliyeva

"Bir güzgüyə bax, gör, nəyə oxşayırsan" - İlhamə Quliyeva
7803 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyeva açıq-saçıq geyinən bəzi müğənniləri tənqid edib:

Axşam.az-ın məlumatına görə, o, muğam ifaçılarının geyimindən narazı olduğunu bildirib:

“Baxırsan ki, muğam ifaçısıdır, şortik geyinir. Yarıya kimi lütdür. Muğam ifaçılarına belə geyinmək olmaz. Bizim sənət qanunları icazə vermir ki, sən şortik geyinəsən. Sən efirdə beldən aşağı paltarsız olursan. Oturur efirdə, nə gəldi danışırlar. Bir güzgüyə bax, gör, nəyə oxşayırsan: burnun əyriydi, kəsdirmisən, çənən yox idi, düzəltdirmisən. Sən kimi müzakirəyə qoyursan? Tərcümeyi halını vərəqlə, gör, kimsən? Heç kim başından böyük danışıb deməsin ki, “İlhamə qanun qoya bilməz”. Mən qanun qoyanın ən yuxarısıyam. Kimi qanunum qane etmir, getsin, su içsin”.