Elnurdan Nuraya: "Belə geyimin yeri yox idi"
“ATV maqazin onlarla” verilişinin “Fashion” rubrikasının növbəti qonağı Nura Suri olub.
Axşam.az-ın məlumatına görə, ifaçı geyim tərzindən danışıb. O, son vaxtlar bütün paltarlarının tikdirdiyini deyib:
“Bir çox məşhur brendlərlə model kimi çalışdım. Hazırda azərbaycanlı modelyerlərin libaslarını geyinirəm. İdman geyimimi də onlar hazırlayacaqlar. Həmişə retro stilə üstünlük vermişəm və mənə yaraşır da. Siz məni cins şalvarda görə bilməzsiniz. Övladlarımın yanında gedəndə, onların anası kimi görsənməliyəm, bacısı kimi yox”.
N.Surinin geyim tərzini stilist Elnur Həsənov təhlil edib:
“Nura xanım çox zaman zövqlü geyinir. Hərdən ola bilər ki, aşağı düşür. Nura Suri həmin geyimdə “Xeyirə qarşı” verilişinə qatılıb. Gecə tok-şousu üçün bir az şişirdib. O, verilişdə belə geyimin yeri yox idi. Amma stil baxımından hər şey doğru seçilib. Makiyajı da əsl fransızsayağıdır. Gözəl görsənir. Əlcəyi, paltarı, boyunbağısı, sırğası uyğundur, qüsursuzdur. Cinsə gəldikdə isə, onu hər bir yaşda geyinmək olar”.