Günay Tolqa Karel haqda: "Reklam üçün qurulan ailədə..."

Günay Tolqa Karel haqda:  "Reklam üçün qurulan ailədə..."
6386 dəfə oxunub
  • A-
  • A
  • A+
“Həyatımda heç kim yoxdur. Ən böyük sevgim oğlumdur. Onu görəndə gözlərimin içi parıldayır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva deyib. O, “ATV maqazin” onlarla verilişinə açıqlamasında yenidən aşiq olmaq istədiyini bildirib:

“Mən eşq qadınıyam. Sevəndə güclü aşiq oluram. İstəyərdim yenidən aşiq olum. Həyatımda həqiqətən qarşılıqlı eşq yaşayacağım birini istəyərdim. Eşq bir müddət sonra bitər. Amma övlada olan sevgi ömür boyu yaşayır”.

G.Musayeva “Yenidən məşhur biri ilə ailə qurmaq istəyərsən?” sualına belə cavab verib:

“Bilmirəm qarşıma necəsi çıxacaq. Bu hisslərlə əlaqədardır. Amma tanınmış bir insanla münasibət qurmaq istəmərəm. İlk evliliyimdə yaxşı təcrübə qazandım. İnşallah bu dəfə yanılmaram”.

Model reklam və tanınmaq üçün türkiyəli aktyor Tolqa Karellə evlənməsi xəbələrinə aydınlıq gətirib:

“Reklam üçün qurulan ailədə uşaq dünyaya gətirmək olar? Mən bu gün bütün addımlarımı Cahangir üçün atıram. Əvvəl belə sözlərdən inciyirdim. İndi isə şayiələrlə heç maraqlanmıram. Mən ailə olmaq üçün evləndim. Çox ağır şeylər yaşadım və bunu heç bir qadına arzulamıram. Mənə xəyanət edib. Özü də 6 aylıq hamilə idim. Bu da qarşı tərəfin özünü zəif hiss etməsindən irəli gəlir. Kişilər güclü qadınları qəbul etmirlər. Tolqanın kompleksi olduğu üçün xəyanət etdi. Onu yaxşı tanımamışam. Çünki 15 gün içində tanış olub, ailə qurmuşdum. Mən hardan bileydim... Çox güzəştə getdim, kin tutmadım. Amma nə qədər olardı? Dəfələrlə eyni səhvi edən birini dəyişə bilməzsən. Dedim ki, yaxşı həyat yoldaşı olmadı. Bəlkə yaxşı ata olacaq. Amma bunu da bacarmadı".