Xalq artistinin məzarını ziyarət etdilər - fotolar

Xalq artistinin məzarını ziyarət etdilər -  fotolar
3048 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanın anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub.

Axşam.az-ın məlumatına görə, sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzindən danışıb.