9 dəqiqəlik zorlanma səhnəsi... - Bu filmləri izləmək çətindir!

9 dəqiqəlik zorlanma səhnəsi... - Bu filmləri izləmək çətindir!
31667 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəzi filmlər var ki, onlar psixoloji cəhətdən ağır və kəskin süjetli olduqları üçün seçilirlər.

Adətən, tamaşaçılar bu filmləri sona qədər izləyə bilməyib kinoteatrı tərk edirlər.

Axşam.az xarici KİV-ə istinadən bu tip filmlərin bəzilərini təqdim edir.

The Walk ("Təhlükəli yürüş")



Film nə qədər uğurlu olsa da, səhnələrdən birində tamaşaçılar kinoteatrda ekrana baxa bilməyiblər. İki bina arasında  yeriyən kəndirbaz çoxlarının başının gicəllənməsinə səbəb olub.



127 Hours ("127 Saat")



Filmin qəhrəmanının həyatda qalmaq üçün etdikləri psixoloji cəhətdən tamaşaçıların çoxuna pis təsir etmişdi.



"Irreversible" ("Dönüş yoxdur")



Monika Belluççi və Vinsentn Karellin iştirak etdiyi 9 dəqiqəlik zorlanma səhnəsi tamaşaçıların çoxunu filmi yarımçıq buraxmağa məcbur edib.



"Tree of Life" ("Həyat ağacı")



Bred Pit və Cessika Çesteynin baş rollarda olan filmin bəzi səhnələri o qədər ağır idi ki, bəzi kinoteatrlar tamaşaçılara xəbərdarlıq etmişdi ki, filmin mövzusunu bildikdən sonra izləməyə qərar versinlər. Hətta bəzi məkanlarda filmin ilk yarım saatında salonu tərk edən izləyicilərə biletin pulu da qaytarılırdı.



"Cloverfield" ("Canavar")



Filmi mövzusu sıradan bir fəlakət olsa da, səhnələrin böyüklüyü kinoteatrlardakı izləyicilərə gerçəklik hissini yaşadır. Ürək bulanması və baş gicəllənməsinə görə seyrçilərin bir qismi filmi sona qədər izləyə bilməyib.