Azərbaycan milli səhər yemək kompleksinin təqdimatı keçirilib

Azərbaycan milli səhər yemək kompleksinin təqdimatı keçirilib
2418 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan breakfast” milli səhər yemək kompleksinin təqdimatı olub.

Axşam.az xəbər verir ki, təqdimat mərasimi ölkəmizdə fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların “Food and Beverage” menecerləri və icraçı direktorları üçün təşkil olunub.

Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Azerbaijan breakfast” milli səhər yemək kompleksinin menyusu və loqosu Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib, ona müvafiq şəhadətnamə verilib. Milli səhər yeməyi kompleksinin menyusu, həm də əmtəə nişanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət reyestrinə daxili edilib. Sektor müdiri diqqətə çatdırıb ki, “Azerbaijan breakfast” menyusunun qeydiyyata alınmasında əsas məqsəd milli yemək ənənələrinin qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, onun təhriflərə və mənimsəmələrə məruz qalmasının qarşısının alınmasıdır.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Azərbaycan səhər yeməyi ənənələrindən, “Azerbaijan breakfast” səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsullarının təqdimatının əhəmiyyətindən danışıb.

T.Əmiraslanov xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri ilə yanaşı, onun tətbiqi qaydaları haqqında geniş məlumat verib.

Daha sonra layihənin həyata keçirilməsi istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.