Aşıq Azər reanimasiyaya yerləşdirildi

Aşıq Azər reanimasiyaya yerləşdirildi
4947 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum Aşıq Xanların 3 ildir ki, “Hepatit B” xəstəliyindən əziyyət çəkən oğlu, 33 yaşlı Aşıq Azər 1 saylı Klinik Xəstəxanaya (Semaşko) yerləşdirilib.

Axşam.az-ın musavat.com-a istinadən məlumatına görə, aşıq xəstəxananın reanimasiya şöbəsində müalicə aldığını bildirib:

“Fevralın 3-dən xəstəxanaya yerləşdirilmişəm, müalicə kursum davam etdirilir. Hələ ki, hər hansı dəyişiklik yoxdur. Bu gün millət vəkili Qənirə Paşayeva yanıma gəlməlidir. Dövlət adamlarından və sənət yoldaşlarımdan mənə baş çəkən yoxdur. Bank hesabı açdırmışam, lakin oraya yardım üçün pul köçürülüb-köçürülmədiyini bilmirəm. Müalicəm üçün 60 min dollar lazımdır. Böyük məbləğdir, imkanlı şəxslərdən kömək gözləyirəm. Bu məbləğ qısa zamanda fərdi şəkildə çətin yığılar. Mən sənət adamıyam, sağalıb, peşəmi davam etdirmək istəyirəm”.
 
Qeyd edək ki, Aşıq Azər “Bank Respublika”da hesab nömrəsi açdırıb.

Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik:

Bank Respublika kod - 380194401151751001 Şəxsiyyətin seriya nömrəsi - 14040620
 
Onu da bildiririk ki, hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür.