Martın 9-da Günəş tutulacaq

Martın 9-da Günəş tutulacaq
1074 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 9-da bu ilin tam Günəş tutulması baş verəcək.
 
Axşam.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, cari ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək. Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək.
 
2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək.

Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.

Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək.

Tutulma Azərbaycanda müşahidə olunmayacaq.