Fatimədən çal-çağırlı sürpriz - video+fotolar

Fatimədən çal-çağırlı sürpriz - video+fotolar
3828 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva müəlliməsi, əməkdar artist Aliyə Ramazanovaya sürpriz edib.
 
Axşam.az-ın məlumatına görə, sənətçi ad günü olan A.Ramazanovanın evinə musiqiçilərlə birlikdə gedib, onun üçün hədiyyə aparıb. F.Fətəliyeva təəssüratlarını bölüşüb:

"Bu günə qədər yadımdadır, anam əlimdən tutub Əbilov adına mədəniyyət evinə gətirdi. Məni orada görən Aliyə xanım bağrına basaraq, "Bu qız gələcəyin tanınmış rəqqasəsi olacaq" dedi. Onun dediyi kimi bu gün mən Azərbaycanın ən tanınmış rəqqasəsiyəm. Şükür, səhnəmizdə sevilən rəqqasə kimi sözümü deyə bilmişəm. Bütün nailiyyətlərimdə Aliyə xanıma borcluyam. Onu tanıdığım üçün Allahıma minnətdaram. İnşallah, 100 illik yubileyini qeyd edək".