"Onun ölümündən sonra oğlum bu vəziyyətə düşdü"

"Onun ölümündən sonra oğlum bu vəziyyətə düşdü"
17202 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Afaq Gəncəli xərçəng xəstəliyindən dünyasını dəyişən oğlu Qədirxandan danışıb.

Axşam.az-ın məlumatına görə, ATV-də yayımlanan "Bizimləsən" verilişinin qonağı olan aparıcı övladının xəstəliyinə stressin səbəb olduğunu düşündüyünü deyib:

“Bu xəstəliyin qarşısını almaq heç cür mümkün deyildi. Biz çarəsiz idik. Sadəcə, Allahın bizə mükafatı o oldu ki, uşaq dəhşətli ağrıları görmədi və komaya düşdü. Bilmirəm bu xəstəliyin əlamətidir, ya nədir. Uşaq komaya düşməzdən əvvəl gözəl əhval-ruhiyyəsi var idi. O qədər gülürdü ki...

Heç vaxt yeməyində iştahsızlıq olmurdu. Halbuki, bu xəstəlikdə ən böyük sindrom iştahsızlıqdır. Amma saniyə keçdi ki, uşaq gülərək yatdı. Yaxşı ki, dəhşətli ağrıları biz görmədik. 11 yaşında bu xəstəlik yarandı, 12 yaşında isə dünyasını dəyişdi. Biz bir neçə həkimə müraciət etdik, hamısı eyni sözü dedi. Genetik deyildi. Şəxsən mən stressdən şübhələndim. Çünki atam dünyasını dəyişəndə oğlum yanımda idi. 40 mərasimindən sonra o, bu vəziyyətə düşdü.

Çünki bundan əvvəl belə bir xəstəliyə ehtimal belə yox idi. Hər hansı ananı görəndə deyirəm ki, uşaqlarınızdan muğayat olun. Hər hansı bir yeri ağrıyırsa, mütləq həkimə aparın. Oğlum mənə deyirdi, “ana yuxum gəlir”. Fikirləşirdim ki, yəqin yorulub. Bu yorğunluq xəstəliyin əlaməti imiş. Onurğasında idi deyə, ayağına təsir etdi. Axsayırdı. Axsaya-axsaya müalicəyə apardım”.