Hollivud ulduzu çəkildiyi reklama görə ermənilərin hədəfində - video

Hollivud ulduzu çəkildiyi reklama görə ermənilərin hədəfində - video
3923 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu, ikiqat "Oscar" mükafatının sahibi Ben Afflek ABŞ-da yaşayan ermənilərin hədəfinə tuş gəlib.

Axşam.az azvision.az-a istinadən xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ben Afflekin Türk Hava Yolları (Turkish Airlines) şirkətinin reklam rolikinə çəkilməsinə etiraz olaraq aktyora qarşı "Twitter" şəbəkəsində xüsusi kampaniyaya başlayıb.

Komitə aviaşirkətin səhmlərinin 49%-nin Türkiyəyə məxsus olduğunu qeyd edərək, şirkətin əldə etdiyi gəlirlərin guya regionda aqressiyaya səbəb olduğunu bəyan edib.

“Türkiyənin Ərdoğan hökuməti "Turkish Airlines" şirkətin səhmlərinin 49%-nə malikdir. #FlytoGothamdan əldə olunan gəlirlər regional təcavüz və daxili hərbi əməliyyatlara xərclənir”, - deyə ANCA-nın paylaşdığı "tweet"-də bildirilir. Bundan əlavə, ermənilər şəkildə #flyforisis (İŞİD üçün uç) həştaqından da istifadə ediblər.

Qeyd edək ki, Türk Hava Yolları şirkəti Amerika Milli Futbol Çempionatı final oyunu (Superbowl) ilə bağlı xüsusi reklam roliki hazırlayıb. Rolikdə "Turkish Airlines" dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən şirkət kimi təqdim olunub.
 
Reklam rolikində "Betmen Supermenə qarşı: Ədalətin astanısında" (Batman v Superman: Dawn of Justice) filminin baş rol ifaçısı Ben Afflek hadisələrin baş verdiyi Qotham şəhərinə uçur.