Aygündən Eltona sərt ismarış: "Olmaya, Elton Consan?"

Aygündən Eltona sərt ismarış: "Olmaya, Elton Consan?"
8308 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elton Hüseynəliyevin “ATV Maqazin 10larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasında xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanın xoşuna gəlməyib.
 
Axşam.az-ın məlumatına görə, Aygün Eltonun tez-tez Flora Kərimovanın sözünü kəsməsinə də əsəbləşib. Bu gün isə o, sosial şəbəkədə Eltonun ünvanına sərt ismarış göndərib:

“Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!”.

A.Kazımova daha sonra E.Hüseynəliyevə həsr etdiyi şeirini paylaşıb:
 
“Sən Eltonsan,
Sən ton tonsan.
Mən bilmirəm
Sən nə...san.
Utanmırsan?
Kişi olan Vücudundan,
O boyundan,
Buxunundan?
Sən sevilən Sənətkara,
Əfsanəvi sənətkarın
Yanındaca
Rəy bildirib,
Donquldanıb,
Tullanırsan.
Şıllaq atıb
Hoppanırsan.
Söz atırsan.
Axı niyə?
Axı kimə?
Zərif, incə xanımlara
Qısqanırsan,
Olmaya sən
Elton Consan???”.