Qızıl 100 manatın ilk fotosu

Qızıl 100 manatın ilk fotosu
4854 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkələrdə Azərbaycanın milli valyutası sayılan qızıl yüzlüyün fotosu yayılıb.
 
Axşam.az publika.az-a istinadən bildirir ki, metaldan hazırlanmış pulun 2013-cü ildə tədavülə buraxıldığı qeyd edilib. Sarı rəngli yüz manat onu görənlərin təəccübünə və marağına səbəb olub. Çoxları bu pulu ilk dəfə gördüklərini vurğulayıblar. Bəziləri isə qızıl yüzlüyün ancaq banklar arasında tədavüldə olduğunu bildiriblər.

Qeyd edək ki, bir qədər əvvəl metaldan hazırlanmış 50 manatın da fotosu yayılmışdı.