Tünzalə səfir oldu

Tünzalə səfir oldu
9164 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini (F1 Grand Prix of Europe) təmsil edəcək rəsmi elçilərin adlarını təqdim edib. 

Axşam.az-ın məlumatına görə, əməkdar artisti, bəstəkar və Bakı 2015 Avropa Oyunlarının ulduz elçilərindən biri Tünzalə Ağayeva, Formula 1 şərhçisi Rəhim Əliyev və Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev F1 Avropa Qran Prisininin ilk rəsmi elçiləri adına layiq görülüblər.
 
Rəsmi elçilər, BŞH-nın F1 Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisinin təbliğinə çalışacaqlar.