Ledi Qaqa ifası və geyimi ilə heyran etdi - video+foto

Ledi Qaqa ifası və geyimi ilə heyran etdi - video+foto
3032 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, ABŞ-da "Super Bowl" finalı baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, idman qarşılaşmasından sonra ənənəvi olaraq ilin ən böyük səhnə çıxışlarından biri sayılan "Half Time Show"da bu dəfə Bruno Mars, Beyons və "Coldplay" yer alıb.

Lakin bu dəfə yarışın açılış mərasimi əvvəlki illərlə müqayisədə daha çox yadda qalan olub. Belə ki, Ledi Qaqa səhnəyə çıxaraq ABŞ-ın dövlət himni - "The Stars-Spangled Banner"i səsləndirib. O, ifası zamanı göz yaşlarını saxlaya bilməyib. Müğənnin geyimi də günün ən çox bəyənilən detallarından olub.