"Bu, mənə yaraşmaz" - Aşıq Əli

"Bu, mənə yaraşmaz" -  Aşıq Əli
2165 dəfə oxunub
  • A-
  • A
  • A+
Aşıq Əli lirik mahnı lentə yazdırıb.

Axşam.az-ın məlumatına görə, "Qəribəm" adlanan mahnının musiqisi Hacı Nazimə, sözləri Aqşin Fatehə məxsusdur.

Aşıq bu mahnını efirlərdə ifa etməyəcəyini bildirib:

“Aşıq olduğum üçün o ifanı heç kim məndən gözləmirdi. Estrada janrında olduğu üçün mahnıyla bağlı qərar vermişəm. Bu mahnı ancaq radio dalğalarında, saytlarda səsləndiriləcək. Əlimə mükrafon alıb efirdə oxumayacam. Estrada janrı olduğu üçün mənə yaraşmaz. Bunu aşıq olduğum üçün deyirəm. Tənqidlərdən qorxmuram, kimsə nəsə söyləsə fikir bildirəcəm. Amma aşıq sənətinə uyğun görmədiyim üçün belə bir qərar verdim".

Aşıq sənətindən söz salan Əli bunları deyib:

"Aşıq həm aktyor olmalı, həm rəqsi bacarmalı, həm də saz ifası gözəl olmalıdır. Dastançılıq üçün aktyorluq önəmlidir. Bunlardan biri kasad olanda, natamamlıq özün büruzə verir".