Xərçəng xəstəsi olan aktyordan çağırış - foto

Xərçəng xəstəsi olan aktyordan çağırış - foto
4563 dəfə oxunub
  • A-
  • A
  • A+

3 il əvvəl dəri xərçənginə yaxalandığı deyilən Hyu Cekmen sosial media hesabından fanatlarına səslənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hollivud ulduzu son iki ildə 3 dəfə əməliyyat keçirib. O, "əgər günəş kremi istifadə etməsəniz, başınıza gələnlərin bir nümunəsi" yazaraq burnu bağlı bir fotosunu paylaşıb.

Müalicəsinin hələ bitmədiyini deyən 46 yaşlı aktyor "bu xərçəngin çox zəif növüdür, amma xahiş edirəm, vaxtında müayinə olunun və günəş kremi istifadə edin" yazıb. O, Avstraliyada günəşin bol olduğunu vurğulayaraq orada bu xəstəliyin çox yayıldığını bildirib.