"Evlənəcəyim xanım müğənni də ola bilər"

"Evlənəcəyim xanım müğənni də ola bilər"
2608 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Tunar Rəhmanoğlu evlənmək istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi “MUZ TV”yə açıqlamasında artıq namizədlərinin olduğunu da bildirib:

“Ailə həyatı qurmağa gecikmişəm. 35 yaşım var. İnşallah yaxşı olar. İki-üç namizədim var, fikirləşirəm. Ailə quracağım xanım müğənni olsa da olar. Əsas odur ki, qəlbi təmiz olsun. Elə müğənnilər var ki, əqidəsi, tərbiyəsi yerindədir”.