"Ay çaqqallar, siz niyə ortalığa düşmüsünüz?" - Tolik

"Ay çaqqallar, siz niyə ortalığa düşmüsünüz?" -  Tolik
7954 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tolik xalq artisti Aygün Kazımova və müğənni Elton Hüseynəliyev qalmaqalına münasibət bildrib.

Axşam.az-ın məlumatına görə, prodüser bu qalmaqala üçüncü şəxsin qarışmasını düzgün bilmədiyini vurğulayıb:

“Aygün Kazımovanın etdiyini doğrudan da heç kim edə bilməz. Çünki eləsələr də o vaxtla bu vaxtın arasında çox fərq var. Bu danılmazdır. Aygün Kazımova ola bilər ki, Eltondan inciyib. Bəs, mənə maraqlıdır, ay çaqqallar, siz niyə ortalığa düşmüsünüz? İndi mən səhifəmdə Aygün xanıma pis yazsaydım, hamınız mənə qoşulacaqdınız. Aygün xanım bilər, Elton bilər. İkincisi də demək istəyirəm ki, şou-biznesdə sözün əsl mənasında kişi müğənnilər yığışsalar, istər sənətdə, istər kişilikdə Elton onlardan ön sırada durar. Bəzilərindən fərqli olaraq... Ona görə də Aygün Kazımova ilə Eltonun küsülülüyünə üçüncü insanın adını yapışdırmayın”.

Qeyd edək ki, A.Kazımova E.Hüseynəliyevin xalq artisti Flora Kərimovanın yanında səsini ucaltması və Brilliant Dadaşova haqqında "Paxıl insan sənətkar olmaz" deməsinə əsəbiləşib. O, İnstaqram səhifəsində "Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!” şərhini yazıb.