“Sabah Bakıdayıq” – Burak Özçivit

“Sabah Bakıdayıq” – Burak Özçivit
3484 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Burak Özçivit sabah Bakının qonağı olacaq.

Axşam.az-ın məlumatına görə, aktyor rol aldığı “Kardeşim benim” filminin qala gecəsində iştirak edəcək.
Nizami Kino Mərkəzində baş tutacaq tədbirə filmin digər aktyoru Aslı Enver də  qatılacaq.

Müğənni Murad Boz isə işlərinin çox olduğu üçün qala gecədə iştirak edə bilməyəcəyini deyib.

Burak Özçivit İnstaqram səhifəsində Bakı ilə bağlı foto paylaşaraq “Fevralın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində qala gecədə sizləri gözləyirik” şərhini yazıb.