Azərbaycanlı müğənni ilə bağlı iddia: "Nəvəsini hamıdan gizlədir"

Azərbaycanlı müğənni ilə bağlı iddia:  "Nəvəsini hamıdan gizlədir"
7031 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nazənin Salayevanın 2 yaşlı Aylin adında nəvəsi üzə çıxıb.

Axşam.az-ın big.az-a istinadən xəbərinə görə, Aylin ifaçının oğlu Fəxrinin qızıdır. 

İddialara görə Nazənin bu nəvəsini qəbul etmir, onunla görüşmür, heç bir maddi yardım etmir. Fəxri Salayev qızı üçün verdiyi alimenti belə gecikdirir:

"Cəmi bir dəfə 700 manat alimenti bir yerdə ödəyiblər, ondan başqa hər ay gecikmə olur. Ay ərzində 103 manat pul ödəyirlər və ondan da tələb edirlər ki, imtina olunsun. Nazənin xanım hələ bir dəfə də olsun nəvəsini görməyə gəlməyib".

Adının açıqlanmasını istəməyən şəxs bu günə kimi susma səbəbini də deyib:

"Qorxurdum, çəkinirdim. Ona görə susmuşam. Ancaq Azərbaycan Respublikasının qanunlarına güvənirəm və bilirəm ki, azad respublikada yaşayırıq. Qanunlarımız məni qoruyacaq. Nazənin xanım və ailəsi istəmirdi ki, bu uşaqdan kiminsə xəbəri olsun. Məni hədələyirdilər. Hətta deyirdilər ki, qızım barədə ağzımı açıb bir kəlmə kiməsə desəm, onlar məni əxlaqsızlıqda ittiham edəcəklər. Guya mən Fəxrinin dostları ilə münasibətdə olmuşam. Şərləməklərindən yox, sadəcə qızım üçün qorxurdum və susurdum".

Mənbə onu da qeyd edib ki, Aylinin bir yaşı olandan sonra müğənni oğlunu başqa bir xanımla evləndirib. Lakin Fəxri Salayev qızı ilə görüşməyə hələ də davam edir.