"Özümü pəhrizlərlə öldürmək istəmirəm"

"Özümü pəhrizlərlə öldürmək istəmirəm"
3864 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hələ İnstaqram xəstəliyinə tutulmamışam. Marağım olmadığı üçün orada profilim yoxdur. Müğənnilərin içində çox oluram, İnstaqramsız qala bilmirlər. İki dədiqədən bir deyirlər, “İnstaqram darıxıb, şəkil çəkdirim qoyum”. Yedikləri yeməkləri də ora yerləşdirirlər”.

Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O, sosial şəbəkədə ancaq “Facebook”dan istifadə etdiyini bildirib:

“Dostluğumda ancaq seçmə insanlar, ailəli xanımlar var. Yad kişinin dostluğunu qəbul etmirəm. Bütün xəbər saytları məqalələrini “Facebook”da paylaşır. Mən də girib onları oxumaq üçün profil açmışam. Fəal istifadəçi deyiləm, bütün günü şəkillərimi paylaşmıram”.

Ü.Əliyeva heç vaxt pəhriz saxlamadığını bildirib:

“İdman etmərəm, pəhriz saxlamaram. Çünki çəkim mənə kompleks yaratmır. Hərdən yayda saxlayıram, amma uzun çəkmir. Çalışıram ki, həyatdan zövq alım. Hər anımın qədrini bilirəm. Özümü pəhrizlərlə öldürmək istəmirəm. İş rejimim ağırdı, bütün günü nə qədər enerji sərf edirəm. Pəhriz saxlasam, çökərəm”.