Evlilik proqramında şəhidlərə hörmətsizlik - video

Evlilik proqramında şəhidlərə hörmətsizlik - video
6020 dəfə oxunub
  • A-
  • A
  • A+

Fox TV-də yayımlanan evlilik proqramında şəhidlərə hörmətsizlik edilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bəy namizədi Zəkəriyyə iştirakçı qıza "çərşənbə günü namizədinizə "əsgərliyi etdin?" deyə sual verdin, amma həmin axşan Türkiyə şəhid verdiyi anda siz burada oynayırdınız" deyib.

Aparıcı Zuhal Topal isə qızı müdafiə edib:

"Biz bu proqramı aparmaq məcburiyyətindəyik. Burada hər hansı namizədə "niyə oynayırsınız?" demək yersizdir. Həyat davam edir. Sən də bura gəlməsəydin o zaman".

Bunun üzərinə Zəkəriyyə bəy "sizi burada alqışlayıram" deyərək efiri tərk edib. Onun ardından kefini pozmayan gəlin namizədi orkestrə "çal, çal" deyərək oynamağa başlayıb. Şəhidlərin müzakirə edildiyi bir anda Zuhal Topalən buna səssiz qalması tamaşaçıları əsəbiləşdirib. Sosial mediada istifadəçilər Zuhalı sərt tənqid ediblər.