Sevdanın bu ifası hər kəsi kövrəltdi - video

Sevdanın bu ifası hər kəsi kövrəltdi - video
6860 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Sanəliyeva “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, verilişin formatına əsasən ifaçıya canlı yayımda klip çəkiblər.

İfaçının “Ana” mahnısının sədası altında aktrisalar Mənsumə Babayeva və Zülfiyyə Məmmədova obraz canlandırıb.

S.Sanəliyevanın bu ifası hər kəsi kövrəldib. Müğənni “Bu mahnını 5 il bundan əvvəl anam üçün yazdırmışdım. O, dünyasını dəyişəndən sonra oxumuram” deyə, bildirib.
 
M.Babayeva canlandırdığı obrazın ona pis təsir etdiyini deyib:

“Oğlum 25 yaşında dünyasının dəyişib. Özünü asmışdı. Onu xatırladım, pis oldum”.