"Mənə yazırlar ki, görməmişsən?" - Zaur

"Mənə yazırlar ki, görməmişsən?" -  Zaur
18632 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Zaur Baxşəliyev qızı Dilavərin fotolarını mediadan gizlətməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, o, “Bizimləsən” verilişində onu qınayanlara cavab verib:

“Məni həmişə qınayırlar ki, niyə qızının fotosunu İnstaqramda yayımlamırsan, saytlara vermirsən? Hətta mənə buna görə “görməmiş” də deyirlər. Yazırlar ki, “Görməmişsən? O qədər məşhur uşağının fotosunu paylaşır. Camaatın uşağı yoxdur? Səninki göydən gümüş zənbillə düşüb?”. Bunun səbəbini açıqlayım: uşağım böyüyəndə başqa sahənin sahibi ola bilər. Məni qınayar ki, niyə mənim fotomu yaymısan? Bunlara görə mən onun şəkillərini paylaşmıram”.

Qeyd edək ki, Z.Baxşəliyev aparıcı Günay Baxşəliyeva ilə ailəlidir.